Dünya

ABŞ Ukraynaya “Abrams” tankları göndərəcək

Yaxın vaxtlarda Bayden administrasiyası Kiyevə M1 Abrams tanklarının veriləcəyini elan edəcək. Bu, Almaniyanın ukraynalılara “Leopard” tanklarının ixracını təqdiq etmək qərarını sürətləndirəcək, Turan-ın Vaşinqton müxbiri bildirib.

Əgər Berlin təqdir edərsə, ondan çox ölkə Ukraynaya 100-ə yaxın “Leopard 2” tankı göndərməyə razılaşıb. Çərşənbə axşamı ABŞ-ın ukraynalılara 30-a yaxın “Abrams” tankı göndərmək niyyəti məlum olduqdan sonra Almaniya da “Leopard” tanklarını Ukraynaya göndərəcəyini bildirib.

Çərşənbə axşamı dövlət katibi Entoni Blinken G-7 və tərəfdaş ölkələrin nümayəndələrilə görüşüb, Rusiyanın Ukraynanın elektrik şəbəkələrini, istilik, su və digər enerji mənbələrini məhv etməsini müzakirə edib.

Bənzər yazılar

Back to top button