Azərbaycan və İran xarici işlər nazirlərinin Daşkənd görüşü
Yanvarın 24-də Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin sammiti çərçivəsində Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü olub.
Ceyhun Bayramov və Əmir Abdullahiyan ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, həmçinin regiondakı vəziyyəti müzakirə ediblər. Bu barədə Azərbaycanın xarici işlər naziri öz Tvitter hesabında yazıb.
*İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılmış regional dövlətlərarası iqtisadi təşkilatdır.
1992-ci ildən 7 yeni ölkənin – Qazaxıstan, Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın qoşulması ilə təşkilat fəallaşıb.
İqtisadi Əməkdaşlıq Təşkilatı Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna malikdir.(Turan)