DünyaManşet

Dünən gecə çox sayda livanlı erməni Ermənistana gəlib

Beyrutdakı partlayışdan sonra Livan erməniləri işğalçı dövlətə köçmək istəyirlər

AzToday.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, 100 Livan ermənisi artıq dünən gecə Beyrutdan təyyarə ilə Ermənistana gətirilib. Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumatlara görə, Ermənistan baş nazirinin müavini, fövqəladə vəziyyət rejimin komendantı Tiqran Avinyan bu faktı təsdiq edib..

Livanlı ermənilər Ermənistanın Beyruta göndərdiyi üçüncü humanitar yardım təyyarəsində gəliblər.

Bundan əvvəl Ermənistan baş naziri yanında Diaspor işləri üzrə komissar Zara Sinanyan 40 livanlı erməninin Ermənistana köçmək istədiklərini bildirmişdi.

Ehtimallara görə, Livandan gətirilən ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilir.

Xatırladaq ki, avqustun 4-də Beyrut dəniz limanının ərazisində partlayış baş verib. Partlayış nəticəsində 158 nəfər ölüb, ermənilər də daxil olmaqla 6 mindən çox insan yaralanıb. Onlarla ev dağılıb və təxminən 300 min insan evsiz qalıb.

Livan hakimiyyətinin bildirdiyinə görə, Beyrut limanında partlayış bir anbarda saxlanılan 2,750 ton ammonium nitratın partlaması nəticəsində baş vermişdir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button