İdman

Çin klubu “Qarabağ”ın aparıcı futbolçusunu transfer edir

“Qarabağ”ın futbolçusu Leandro Andrade Çin klubuna keçə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Portuqaliyanın “Record” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, Çinin “Şanxay Şenxua” klubu 24 yaşlı yarımmüdafiəçini transfer etməyə çalışır. Hətta Çin təmsilçisinin artıq transferlə bağlı danışıqlara başladığı iddia olunur.

Qeyd edək ki, Leandro Andrade 2022-ci ilin yanvarında Bolqarıstanın “Çerno More” klubundan “Qarabağ”a keçib. “Transfermarkt”ın 1,2 milyon avro qiymət qoyduğu Kabo Verdedən olan yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 33 oyuna çıxaraq 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

“Şanxay Şenxua” Çin Super Liqasında mübarizə aparır. Komanda son mövsümdə 5-ci pilləni tutub.

Bənzər yazılar

Back to top button