Hadisə

Azərbaycanda general-leytenantın saxlanıldığı iddia olunur

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsində əməliyyat keçirir.

“Qaynarinfo” Komitənin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-leytenant Vəzir Həsənovun saxlanıldığını iddia edib.

Qeyd olunub ki, o, 2022-ci ilin yanvar ayında Komitənin sabiq sədri general-polkovnik Səfər Mehdiyevin əmri ilə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi təyin edilib.

Vəzir Həsənovun adı Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri olan zaman bir sıra qalmaqallarda hallanıb.

Bənzər yazılar

Back to top button