Dünya

Rus qoşunları Rusiyaya qayıtsa Abrams və Leopard tankları Ukraynaya göndərilməyəcək – Co Bayden

Dünən ABŞ Ukrayna SQ-yə dəstək üçün 31 ədəd M1 Abrams tankından ibarət batalyon göndəriləcəyini elan edib. Eyni zamanda, ABŞ prezidenti Co Bayden Ağ Evdə çıxışında əhəmiyyətli bir məsələni qeyd edib. Xüsusən, o, tankların Ukraynaya göndərilməsinin Rusiya üçün təhlükə təşkil etmədiyini deyib. “Rus qoşunları Rusiyaya… öz yerlərinə qayıtsa, müharibə elə bu gün başa çatar. Bizim istədiyimiz budur, daha dəqiq isə, müharibəyə son qoymaq”, deyə o qeyd edib.

Bayden həmçinin bildirib ki, ABŞ və digər NATO üzvləri bir-biri ilə razılaşdırılmış şəkildə hərəkət edir. Bununla da o, Almaniyanın Ukraynaya Leopard tankları göndərməsi üçün Vaşinqtonun Berlinə təzyiq göstərməsi haqqında iddiaları təkzib edib.

Dövlət Departamenti həmçinin Berlin və Vaşinqtonun Ukraynaya Leopard 2 və M1A1 Abrams tanklarının tədarükü ilə bağlı razılıq əldə edə bilmədiyi haqqında məlumatları təkzib edib.

“Son bir neçə günün hadisələri müttəfiqlərimizin və tərəfdaşlarımızın qətiyyətini və birliyini nümayiş etdirdi”, deyə mətbuat katibi Ned Prays brifinqdə Turan-ın suallarına cavabda bildirib.

Bənzər yazılar

Back to top button