DünyaManşet

Stokholmda Quranın yandırılması Rusiya hərbi kəşfiyyat idarəsinin əməliyyatı idi – Robert Lasting İnstitutu

İsveçin təhlükəsizlik və demokratiya məsələlərində ixtisaslaşan Robert Lasting İnstitutu yanvarın 24-də Rusiya Hərbi Kəşfiyyat İdarəsinin (QRU) İsveçdə dini zəmində sabitliyi pozmağa yönəlmiş fəaliyyəti haqqında araşdırma dərc edib.

https://lansinginstitute.org/2023/01/24/russian-military-intelligence-operation-in-sweden-besides-blocking-the-nations-nato-membership-bid-could-raise-t

Əməliyyat İsveçin NATO-ya daxil olmaq planlarına mane olmağa, müsəlman ölkələri ilə münasibətləri gərginləşdirməyə və qaçqın olaraq İsveçə gələn islam ardıcılları tərəfindən terror aktları üçün zəmin hazırlamağa yönəlib, deyə araşdırmada qeyd edilir.

21 yanvar 2023-cü il tarixində Danimarkanın Hard Line (“Sərt Xətt”) partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırıb. İsveçin SVT telekanalının məlumatına görə, Quranı yandırmaq ideyasını yerli jurnalist Çanq Yohannes Frik irəli sürüb. O, həmçinin Paludanın məruz qalacağı istənilən cərimənin ödəniləcəyinə zəmanət verib.

Çoxsaylı əlamətlərə görə, Çanq Yohannes Frik QRU-nin psixoloji əməliyyatlar həyata keçirmək üçün cəlb edilmiş casusudur. Aksiyanın yeri və vaxtı xüsusi olaraq seçilib – Türkiyənin müdafiə nazirinin İsveçə səfəri ərəfəsindəTürkiyə səfirliyinin önündə. Səfir ləğv edilib, Ankara isə İsveçin NATO-ya daxil olmasına razılıq verməyəcəyini bildirib.

Çanq Yohannes Frik (1995-ci ilə qədər Çanq Georg Lindberg) onlayn Nyheter idag qəzetinin sahibidir və SD Riks telekanalında (İsveç Demokratiya Partiyası tərəfindən maliyyələşdirilir) veriliş aparır. Bu şəxsin gizlicə Rusiya hərbi kəşfiyyatı – QRU ilə əməkdaşlıq etdiyinin çox sayda əlaməti var. Daha əvvəl o, Rusiyanın Russia Today telekanalında işləyib.

RT-nin və Sputnik-in baş redaktoru Marqarita Simonyan da Rusiyanın Müdafiə Nazirliyi və hərbi kəşfiyyatı ilə əməkdaşlıq edir. Simonyanın karyerasının başlanğıcında Çeçenistandakı müharibəni işıqlandıran hərbi müxbir olduğunu nəzərə almaq lazımdır, bu, dolayı olaraq onun QRU ilə əlaqələrini təsdiq edir. 2005-ci ildə Müdafiə Nazirliyi hətta onu medalla təltif edib. Sonradan, 2008-ci ildə o, Rusiyanın Cənubi Osetiya üzərində nəzarətin ələ keçirilməsinə yönəlmiş hərbi kampaniyasını işıqlandırırdı.

RT onu xarici ərazilərdə keçirdiyi psixoloji əməliyyatlara fəal şəkildə cəlb edib. Frik öz məqalələrində Rusiyanın Krımı ələ keçirməsinə və Suriyadakı hərbi cinayətlərə bəraət verir, habelə Putin rejimini tərifləyir, ABŞ və NATO-nu sistemli şəkildə tənqid edirdi. Bu hadisələr QRU-nun xaricdə keçirdiyi psixoloji əməliyyatların əksəriyyətinin məzmuna tam uyğundur.

2012-ci ildən Çanq Yohannes Frik Rusiya vətəndaşı Polina Urvantseva (1989 təvəllüdlü) ilə birlikdə yaşayır.

2017-ci ildə o, Rusiyanın ifrat sağçı “İsveç demokratları” partiyasından olan, rus kökləri olan deputat Pavel Qamovun Rusiyaya səfərini işıqlandırıb. The New York Times-ın məlumatına görə, 2018-ci ildə Rusiya sosial şəbəkələrdə miqrantlar əleyhinə əhval-ruhiyyəni yayaraq, İsveç demokratlarının parlament seçkilərində rekord səviyyədə uğur qazanmasına kömək edib.

2018-ci ildə Frikin Nyheter idag nəşri, Qərbin əksər media platformalarından fərqli olaraq, Rusiyadakı prezident seçkilərini tərifləyib.

Bu gün Frikin nəşri diqqəti Türkiyə əleyhinə nəşrlər üzərində cəmləşdirib (Türkiyənin Suriyada kürdlərin qətlində iştirakı, İslam Dövləti ilə neft sövdələşmələri, terrorçulara sığınacaq verilməsi, Avropanın qaçqınlarla təhdid edilməsi və 2015-ci ildə qaçqın böhranında Erdoğanın rolu). Bütün bunlar Türkiyənin İsveçin NATO-ya daxil olmasına razılıq verməməsinə səbəb olur.

“Bizim qiymətləndirmələrimizə görə, Rusiya bu fənd üçün Paludanı artıq Danimarka, Almaniya və Fransada Quranın, həmçinin islamda ciddi şəkildə qadağan edilən Məhəmməd Peyğəmbərin şəklinin yandırılmasında iştirak etməsi ilə əlaqədar seçib. Paludan Danimarkalı siyasətçi, ölkədə islamın qadağan edilməsini və sığınacaq alan bütün miqrantların deportasiyasını tələb edən ifrat sağçı anti-İslam siyasi partiyanın banisidir.

Paludanın hədsiz sağçı ideologiyası və anti-miqrant siyasəti Kremlin Avropada anti-miqrant hərəkatı adı altında əməliyyat tədbirləri həyata keçirmək metodikasına tamamilə uyğundur. Rusiya xüsusi xidmətləri bu metodları 2015-ci ildən tətbiq edir”, deyə araşdırmada qeyd edilir.(Turan)

Bənzər yazılar

Back to top button