Siyasət

ABŞ Vaqner qrupunu transmilli cinayətkar təşkilat kimi tanıyıb və Putinin ətrafına qarşı yeni sanksiyalar tətbiq edib

Cümə axşamı Bayden administrasiyası Putinin etibarlı adamı Yevgeni Priqojinin rəhbərlik etdiyi Vaqner qrupunu rəsmən transmilli cinayətkar təşkilat kimi tanıyıb.

Eyni zamanda bu qrupu dəstəkləyən şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edilib, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Bu hərəkətlərdə məqsəd Moskvanın Ukraynaya qarşı müharibə aparmaq qabiliyyətini zəiflətmək, təcavüzə görə cavabdeh olanları məsuliyyətə cəlb etmək və Rusiyanın müdafiə sektoruna təzyiq göstərməkdir”, – dövlət katibi Entoni Blinken bildirib.

ABŞ Dövlət Departamentinin məlumatına görə, sanksiyalar aşağıdakılara tətbiq edilir:

– Rusiyanın cəzaların icrası Federal Xidmətinin rəhbərləri, məhbusların Vaqner qrupuna cəlb edilməsinə yardım edən agentliklər;

– Rusiya hökuməti baş nazirinin müavini, eyni zamanda sənaye və ticarət naziridir;

– Rostov vilayətinin Seçki Komissiyasının sədri;

Ukraynaya hücumla əlaqədar 531 rusiyalı əsgərə viza məhdudiyyəti tətbiq edilib.

Öz növbəsində Maliyyə Nazirliyi aşağıdakılara qarşı sanksiyalar elan edib:

– Putinin müttəfiqləri və onların ailələri;

– Moskvanın müdafiə- sənaye kompleksilə əlaqəli bir sıra fiziki şəxslər və şirkətlər;

– Ukrayna ərazisinin anneksiyası cəhdinə bağlılığı olan iki nəfər.

Vaqner qrupunun cinayətlərinə “jurnalistlərə və humanitar işçilərə qarşı zorakılıq və təqiblər, həmçinin Mərkəzi Afrika Respublikasında zorlama, Malidə zorlama və qətllər daxildir, Dövlət Departamentinin bəyanatında deyilir.

Turan

Bənzər yazılar

Back to top button