GündəmManşetSiyasət

Azərbaycan İran hakimiyyətini kəskin tənqid edir və səfirliyi Tehrandan təxliyə edir

Azərbaycan Xarici İşlər Nazirliyi İranı Azərbaycanın Tehrandakı səfirliyinin təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edib və səfirliyin əməkdaşlarını təxliyə etmək niyyətindədir.

İran tərəfi diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsilə bağlı müvafiq öhdəliyini yerinə yetirməliydi”, – Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb.

“Son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.

Son zamanlar İranda ölkəmiz əleyhinə antiazərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik.

İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik.

Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcək”, – bəyanatda deyilir.

Terror aktı nəticəsində yaranmış vəziyyətdə səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”, – sənəddə qeyd olunur.

Bənzər yazılar

Back to top button