GündəmManşetSiyasət

Prezident İlham Əliyev İran hakimiyyətindən Azərbaycan səfirliyinə qarşı terrorda əli olanların cəzalandırılmasını tələb edib

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyib və bunu terror aktı kimi qiymətləndirib. O, İran hakimiyyətindən cinayətin tez bir zamanda araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib.

“Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktını qətiyyətlə pisləyirəm.

Səfirliyin və onun əməkdaşlarının mühafizəsi zamanı həlak olan baş leytenant Orxan Rizvan oğlu Əsgərovun ailəsinə və yaxınlarına başsağlığı verirəm.

Biz bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror aktları yoledilməzdir!”, – İlham Əliyev Twitter-də yazıb.

Bənzər yazılar

Back to top button