GündəmManşetSiyasət

Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan səfirliyinə hücum faktı üzrə cinayət işi açıb

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar cinayət işi açıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, (xaricdə qəsdən adam öldürmə, bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla törədildikdə), 12.3, 214.2.1, 12.3, 214.2.3 (xaricdə törədilmiş terror) və 12.2, 228.2.1 (xaricdə qanunsuz silah dövriyyəsi) maddələrilə cinayət işi açılıb.

Araşdırmalarla bağlı zəruri məsələlərin həlli üçün İran İslam Respublikasının müvafiq qurumlarına müraciətlər göndərilib.

Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədənlərlə bağlı tam və hərtərəfli araşdırma aparılacaq, ictimaiyyətə əlavə informasiya veriləcək”, – məlumatda deyilir.

Bənzər yazılar

Back to top button