GündəmSağlamlıq

Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 203 yeni yoluxma faktı qeydə alınıb, 596 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzToday.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 097 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 322 273 nəfər müalicə olunaraq sağalıb, 4 885 nəfər vəfat edib. 5939 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8397, bu günə qədər isə ümumilikdə 3 477 012 test icra olunub.

Son gündə koronavirus əleyhinə 34 615 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 149, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 466 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 055 986 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 184 780, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 821 206 təşkil edir.

Bənzər yazılar

Back to top button