ManşetSiyasət

Blinken Münhendə Paşinyan və Əliyevlə görüşlər keçirəcək

ABŞ mövcud fikir ayrılıgını aradan qaldırmaq üçün Azərbaycan və Ermənistan liderlərini bir araya gətirməyə çalışacaq. Bu barədə TURANın Vaşinqtondakı müxbirinə diplomatik mənbələrdən məlumat verilib.

ABŞ dövlət katibi Antoni Blinken Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti Əliyevlə ayrı-ayrılıqda görüşməyi planlaşdırır, Dövlət Departamenti cümə günü biıdirib.

Gəmin məndə qeyd edib ki, liderlərlə görüşlər “sonrakı müzakirələr üçün perspektivlər aça bilər”.

Blinkenin Ermənistanın baş naziri ilə görüşü yerli vaxtla səhər saat 9-a, Əliyevlə isə saat 13:30-a planlaşdırılıb.

Blinken bu gün bir sıra digər ikitərəfli və çoxtərəfli görüşlərdə də iştirak edəcək.(Turan)

Bənzər yazılar

Back to top button