GündəmManşetSiyasət

İran prezidenti İ.Əliyevə səfirliyə hücumla bağlı hərtərəfli araşdırma aparacağını vəd edib

Şənbə günü axşam İran prezidenti İbrahim Rəisi prezident İlham Əliyevə zəng edərək “Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş insidentlə bağlı İran hökumətinin və xalqın adından başsağlığı verib”, – İRNA xəbər agentliyi bildirib.

Rəisi həmçinin bəyan edib ki, “İran və Azərbaycan hökumətləri iki xalqın münasibətlərinin bədxahlarının təsiri altına düşməsinə imkan verməyəcəklər”.

Rəisinin sözlərinə görə, cinayət hərtərəfli və tam araşdırılacaq.

İRNA-nın xəbərinə görə, İlham Əliyev Rəisiyə başsağlığı üçün təşəkkür edib və bildirib ki, “iki ölkə arasında əməkdaşlıq elə olmalıdır ki, heç bir insident iki ölkə arasında dostluq münasibətlərini poza bilməsin”.

Öz növbəsində Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, “İlham Əliyev Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını bildirib, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Həmçinin Prezident İlham Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb”.

Daha sonra o qeyd edibki, terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların ailə üzvlərini də hədəf olacağdılar.

Sonda Əliyev diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb. (Turan)

Bənzər yazılar

Back to top button