Hadisə

Aytən Səfərova yol qəzasına düşüb – Ölən var

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat yayıb.

Bildirilib ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb:

“Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır”.

Qeyd edək ki, Aytən Piriyeva tanınmış aparıcı Aytən Səfərovadır. Onun müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Bənzər yazılar

Back to top button