Digər

Hüquqşünas: “Prokurorluq hüququ bu qədər ayaqlar altına atmamalıdır”

“Jurnalist Aydın Cana məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 388.1-ci maddəsinin tətbiqi hüququ ələ salmaqdır və qanunsuz hərəkətdir”.

Bunu hüquqşünas, media hüququ üzrə ekspert Ələsgər Məmmədli “Feysbuk” hesabında yazıb.

“Aydın Canın yazdığını təhqir hesab edən şəxs bu barədə yalnız xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə iddia qaldırdıqdan və Məhkəmə iddianı icraaata götürüb araşdırdıqdan və təhqir olduğuna qərar verdikdən sonra yazının silinməsini reallaşdırmasa o zaman inzibati sanksiya tətbiq oluna bilər”, – hüquqşünas yazıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Ələsgər Məmmədli hesab edir ki, prokurorluq hüququ dəyənək kimi istifadə etməməlidir: “Hüququ bu qədər ayaqlar altına atıb, tətbiq etmək prokurorluğun imicini yüksəltmir. Media ilə, jurnalistlərlə belə davranmaq, hüququ dəyənək hesab etmək olmaz”.

Aydın Can

Jurnalist Aydın Can yanvarın 26-da axşam saat 18.30 radələrində həbs olunub.

Yasamal Rayon Məhkəməsində onun haqqında 1 aylıq inzibati həbs qərarı çıxarılıb.

Hakim Murad Məmmədov jurnalist haqqında həbs qərarını Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş materiallar əsasında verib.

Aydın Can haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi əsasında iş başlandığı bildirilir.

Aydın Can “haqqin.az” saytının rəhbəri Eynulla Fətullayevin şikayəti əsasında cəzalandırılıb.(arqument.az)

Bənzər yazılar

Back to top button