Siyasət

Ermənistan hərbi yardım üçün Rusiyaya və KTMT-yə müraciət edib

Sentyabrın 13-də Ermənistanın baş naziri Nikol Paşinyan prezident Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyanın iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını keçirib.

Azərbaycanla sərhəddəki vəziyyət müzakirə olunub.

Ermənistana qarşı “təcavüz”lə əlaqədar “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin müddəalarının həyata keçirilməsi məqsədilə Rusiya Federasiyasına, habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və BMT . Təhlükəsizlik Şurasına rəsmi müraciət etmək qərara alınıb.”(Turan)

Bənzər yazılar

Back to top button