İdman

“Neftçi” azarkeşlərindən Emin Mahmudova çağırış: “Qarabağ”a get

“Neftçi”nin düşərgəsində vəziyyətin dramatik olduğu barədə məlumat vermişdik. Bildirmişdik ki, komandanın uğursuz oyunundan bezən Emin Mahmudov yayda “ağ-qaralar”ı tərk etmək niyyətindədir. Onun “Qarabağ”a üz tutacağı güman olunur.

“Atlar”ın baş məşqçisi Qruban Qurbanov da Eminin istedadını yüksək qiymətləndirir. Aut.az-ın yaydığı bu xəbər “Neftçi” azarkeşləri arasında geniş müzakirə olunur. Sosial şəbəkələrdə müzakirə aparan fanatlar Eminin getmək istəyini anlayışla qəbul ediblər. Onlar Mahmudovu “Qarabağ”a getməyə səsləyiblər. Azarkeşlərin bəzilərinin fikirlərini təqdim edirik:

“Emin getsə belə, heç bir “Neftçi” azarkeşi inciməz”.

“Batan gəmini axırıncı kapitan tərk edər”.

“Emini qinamağa dəyməz. Çünki komanda üçün canını qoyur, amma komanda ona qarşılığını vermir. Bu da özünə hörmət edən “Neftçi” futbolçusunu razı sala bilməz”.

“Heyf ki gedir. Amma haqlı olaraq gedir”.

“Peşəkarlıq nümayiş etdirib, bu illərdə kluba ürəyini, canını qoyaraq qazandığının haqqını verib. Qərarına hörmət etməliyik”.

“Rəqib olsa da, Eminin “Qarabağ”a getməsinə pis baxmıram. Adam can qoyur, ancaq qədrin bilmədilər”.

“Kimsə bir söz deyə bilməz. Hələ gecikib. Qardaş, get, yolun açıq və uğurların bol olsun”.

“Eminin ağlı varsa, “Neftçi”dən getsin”.

“Qaradaş, çıx get. Ağlın olsun. Ən gözəl variant elə “Qarabağ”dır”.

Bənzər yazılar

Back to top button