GündəmHadisə

Qarabağdan Ermənistana 6 xəstə aparılıb

Bazar günü Qırmızı Xaç Komitəsinin maşınları ilə Laçın yolundan Qarabağdan Ermənistana 6 ağır xəstə erməni aparılıb. Elə həmin gün bu maşın karvanı geri qayıdıb.

Bu gün Rusiya sülhməramlılarının dörd təminat avtomobili Ermənistandan Qarabağa gəlib. Hər hansı gərginlik qeydə alınmayıb.

Bu gün Azərbaycan vətəndaş cəmiyyəti fəallarının Laçın yolunda erməni separatçılarının Azərbaycanın təbii sərvətlərini qanunsuz işləməsinə son qoyulması tələbi ilə keçirdiyi aksiyanın 50-ci günüdür. İştirakçılar Rusiya sülhməramlılarının və mülki yüklərin yoldan keçməsinə mane olmurlar.

Qarabağ ermənilərinin liderləri Bakının tələbləri ilə razılaşmaqdan və Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımaqdan imtina edir.(Turan)

Bənzər yazılar

Back to top button