AnalitikaManşetSiyasət

Kreml Afrika sahillərinə də göz dikib

Rusiya xarici işlər naziri Sergey Lavrovun bir müddət əvvəl bir neçə Afrika ölkəsinə səfəri Qərb mətbuatının diqqət mərkəzində olub. Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Kremlin Afrikaya diqqət göstərməsi suallar yaradıb. Bu gedişatdan ən çox narahat edən iki ölkə var – ABŞ və Fransa. Bu iki ölkənin Afrika ölkələrində özəl maraqları var. Ona görə də Vaşinqton və Paris Afrikada Rusiya və Çinin fəallaşmasından narahatdır. Misal üçün Burkino-Faso rəhbərliyi Fransa hərbçilərinin ölkəni tərk etməsini istəyib. Bu ölkənin yeni hakimiyyəti Fransanın əvəzinə Rusiya ilə tərəfdaşlığı seçib. Vaşinqton və Paris Afrikada Rusiya ilə maraq mübarizəsini genişləndirməyə hazırlaşırlar.

Vaşinqton və Parisin səylərinə baxmayaraq, Kreml Afrika qitəsində fəallığını azaltmır. Lavrov Afrika turnesi çərçivəsində Cənubi Afrika Respublikasına (CAR) da səfər edib. Cənubi Afrika Respublikası son illər Rusiya və Çinlə əməkdaşlığa əhəmiyyət verir. Cənubi Afrika Respublikası Rusiya və Çinlə birgə BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzvüdür. Halbuki, vaxtilə CAR ABŞ-ın Afrikadakı əsas tərəfdaşı idi. Ancaq CAR-da irqi ayrı-seçkilik əsasında formalaşan “aparteid” rejiminə son verildikdən sonra bu ölkənin xarici siyasətində ciddi korrektələr edilib.

Rusiya Çin və Cənubi Afrika Respublikasıyla birgə hərbi təlimlər planlaşdırıb. Təlimlər CAR sahilinə yaxın sularda gerçəkləşəcək. Hərbi təlimlərin fevral ayının ortalarında keçirilməsi planlaşdırılır. Bu o deməkdir ki, Rusiya və Çin öz sahillərindən uzaq bölgədə birgə hərbi təlimlər keçirəcəklər. Bu ABŞ və Fransanın narazılığına səbəb olub. Vaşinqton və Paris ondan narahatdırlar ki, Rusiya və Çin öz planlarına digər qitələrdəki dövlətləri, o cümlədən Cənubi Afrika Respublikasını cəlb etməyə müvvəfəq olub. Halbuki, CAR Qərb ölkələriylə hərbi təlimlərə maraq göstərmir.

CAR Rusiyanın Ukrannaya qarşı işğalçı müharibəsini pisləməyən ölkələrdəndir. CAR eyni zamanda Qərbin təzyiqlərinə baxmayaraq, Rusiyaya qarşı sanksiyalara da qoşulmayıb.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button