GündəmHadisə

Həlak olan Orxan Əsgərovla vida mərasimi keçirilib

Yanvarın 30-da Azərbaycanın İrandakı səfirliyinin Təhlükəsizlik Xidmətinin rəisi Orxan Əsgərovun dəfn mərasimi keçirilib.

Vida və dəfn mərasimində yüzlərlə insan iştirak edib. Zabit İkinci Şəhidlər Xiyabanında hərbi ehtiramla dəfn edilib.

Mərasimdə xarici işlər nazirinin müavini Xələf Xələfov, ombudsman Səbinə Əliyeva, XİN-in əməkdaşları, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı iştirak edib.

Xatırladaq ki, Əsgərov yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində terror aktı zamanı öldürülüb. Həmin gün avtomatla silahlanmış iranlı səfirlik binasına girib və hədəfsiz atəş açmağa başlayıb. Nəticədə bir nəfər həlak olub, mühafizə xidmətinin iki əməkdaşı isə yaralanıb. Bununla belə, mühafizəçilərdən biri – Vasif Tağıyev terrorçunu zərərsizləşdirməyə müvəffəq olub.(Turan)

Bənzər yazılar

Back to top button