ManşetSiyasət

Media nümayəndələri Media Reyestrinin ləğvini tələb edirlər

“Media haqqında” Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir”.

Azərbaycanın müstəqil jurnalistləri və media mütəxəssisləri “Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi nəticəsində ortaya çıxan problemlərlərlə bağlı mövqe sənədi imzalayıb.

Sənəddə bildirilir ki, yeni qanunvericilik 2021-ci ilin dekabrında tələm-tələsik parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.

Qanun 2022-ci ilin fevralında ölkə başçısının təsdiqləməsilə qüvvəyə minib. Yeni qanun media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.

Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib:

“Biz – bu müraciəti imzalayanlar, “Media haqqında” Qanunun, xüsusilə onun vahid reyestrin yaradılması ilə bağlı müddəalarının media, ifadə azadlığını məhdudlaşdırmağa geniş imkanlar açdığını görürük. Yeni qanunun tətbiqinin media, jurnalist azadlığına, onların hərəkət və fəaliyyət sərbəstliyinə çox ciddi neqativ təsir edir. Təəssüf ki, qanuna, onun media azadlığı ilə bağlı ciddi problemlər yaradan və yaradacaq müddəalarına fərqli yanaşmağa heç bir əsas yoxdur, çünki ümumilikdə qanun Azərbaycan Konstitusiyasına və ölkəmizin tərəfdar çıxdığı başlıca beynəlxalq müqavilələrdən olan Avropa İnsan Hüquqları Konvensiyasına da ziddir. Bu, Avropa Şurası Venesiya Komissiyasının rəyində də aydın şəkildə göstərilib, şərh edilib”.

Sənəddə qeyd olunur ki, media reyestrinin formalaşdırılmasına başlandıqdan sonra tənzimləyici orqan olan Medianın İnkişafı Agentliyi uzun müddət fəaliyyət göstərən 10-dan artıq medianın reyestrə daxil edilməsindən texniki səbəbləri əsas gətirərək imtina edib:

“Onlarla media və jurnalistlərə xəbərdarlıq olunub. Həm bu, həm də reyestr formalaşdırılmasından sonrakı mərhələ, yüzlərlə medianın fəaliyyətinə reyestrdə olmamalarına görə xitam verilməsi təhlükəsi yaradır. Hazırda qeydiyyatdan keçməyən medialar, jurnalistlər hətta parlamentin açıq iclaslarına buraxılmır. Regionlarda jurnalistlərin peşə fəaliyyətlərini həyata keçirməsinə əngəllər yaradılır. Belə bir xoş olmayan durum, təkcə yüzlərlə mediada çalışanların fərdi problemlərlə üzləşməsi deyil, ölkəmizin media və ifadə azadlığı ilə bağlı gələcəyinə sağalmaz yaralar vuracaq”.

Mövqe sənədində bildirilir ki, əslində imza edənlər reyestrin əleyhinə deyil, ancaq media və jurnalistlər üçün məcburilik prinsipinə söykənməyən, sadəcə, statistik baza rolu oynayan, könüllülük prinsipi üzrə, ifadə, media azadlığını zədələməyən resursun formalaşdırlmasını doğru sayırlar:

“Media, jurnalistika fəaliyyəti ilə məşğul olan peşəkarlar onsuz da öz fəaliyyət sahələri üzrə rəsmi vergi, habelə, digər rəsmi texniki qeydiyyatına sahibdirlər. Rəsmi qurumlarda olan həmin bilgilərin bir resursda ümumiləşdirilib toplanması daha uyğun olardı. Bütün başqa formalarda yaradılacaq reyestr, mahiyyətcə lisenziya, icazə rolunu oynayacaq, bu da ilk növbədə Azərbaycan Konstitusiyasına ziddir”.

“Biz, qeyd edilənləri nəzərə alaraq, dünyanın heç bir mütərəqqi ölkəsində belə məzmunda media qanunvericiliyinin mövcud olmadığını vurğulayaraq, “Media haqqında” Qanunun reyestrin yaradılması ilə bağlı müddəalarının, xüsusilə də 65.4.4-cü maddəsinin qanundan çıxarılmasını tələb edirik”, – deyə sənəd müəllifləri qeyd edirlər.

Sənədi aşağıdakı media mənsubları imzalayıblar:

1. Ələsgər Məmmədli
2. Xədicə İsmayıl
3. Şahvələd Çobanoğlu
4. Alya Yaqublu,
5. Aynur Elgünəş,
6. Xalid Ağaliyev
7. Kamran Mahmudov
8. Ülvi Həsənli
9. Mehman Əliyev
10. Rövşən Hacıbəyli
11. Şəmşad Ağa
12. Sevinc Vaqifqızı
13. Gülər Mehdizadə
14. Şahnaz Bəylərqızı
15. Natiq Cavadlı
16. Hüseyn İsmayılbəyli
17. Aynurə Heydərova
18. Tatyana Kryuçkina
19. Hafiz Babalı
20. Esmira Cavadova
21. Nərgiz Absalamova
22. Fərid İsmayılov
23. Aytac Əhmədova
24. Şahin Cəfərli
25. Qənimət Zahid
26. Şəmistan Həzi
27. Elnarə Qasımova
28. Samirə Qasımlı
29. Mustafa Hacıbəyli
30. Samirə Əhmədbəyli
31. İslam Şıxəli
32. Ramin Deko
33. Müşfiq Cabbar
34. Seymur Kazımov
35. Sahilə Aslanova
36. Anar Abdulla
37. Ülviyyə Əli
38. Təzəxan Mirələmli
39. Elmar Əziz
40. Çingiz Sultansoy

Bənzər yazılar

Back to top button