Siyasət

Sergey Lavrovun Rusiyanın Cənubi Qafqazla bağlı planları haqqında şərhi

Rusiya Cənubi Qafqaz regionunda sabitlik və rifah olmasında, nəqliyyat-logistika, ticarət-investisiya, texnologiya imkanlarından qarşılıqlı səmərəli istifadədə maraqlıdır. Bu barədə RF XİN başçısı Sergey Lavrov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz regionda yığılmış münaqişə potensialının aradan qaldırılması üzərində intensiv olaraq işləyirik. Bununla əlaqədar prioritet vəzifələrdən biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır. Bunun əsasını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020, 11 yanvar, 26 noyabr 2021 və 31 oktyabr 2022-ci il tarixli bəyanatları təşkil edir. Əminik ki, bütünlükdə prosesin uğuru bu üçtərəfli razılaşmalara dəqiq riayət olunmasından asılıdır”, deyə o qeyd edib.

Lavrov regional “3+3” platformasını (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) “faydalı və vaxtında irəli sürülən təşəbbüs” adlandıraraq, onu “irəlilətməyə” hazır olduqlarını təsdiq edib.

Ankara-Yerevan münasibətlərinin normallaşmasına gəlincə, bu təşəbbüsə məhz Rusiyanın vasitəçiliyi ilə start verilib, 2022-ci ilin yanvarında Ermənistan və Türkiyənin xüsusi nümayəndələri ilk dəfə olaraq Moskvada görüşüblər.

“Biz bu gün də hər ikisi ilə sıx əlaqə saxlayırıq. Ermənistan-Türkiyə əlaqələrinin bərpası üçün perspektiv yaradan son hadisələri alqışlayırıq, bu, regionda vəziyyətin daha da yaxşılaşmasına şərait yaradır”, deyə Lavrov qeyd edib.

Bənzər yazılar

Back to top button