GündəmManşetSiyasət

“Hüseyniyyun”un üzvü idi, Suriyada döyüşüb…” – Terrorçunun həyat yoldaşı

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin İranda fəaliyyət göstərən “Hüseyniyyun” qruplaşmasının üzvü olduğu iddia edilir.

Bu barədə Gunaz.tv məlumat yayıb.

Bildirilib ki, sözügedən məlumatı terror aktını törədən şəxsin həyat yoldaşı mediaya açıqlamasında deyib:

“O, “Hüseyniyyun”un üzvü idi və Suriyada İran qüvvələrinin tərkibində Bəşər Əsədin xeyrinə döyüşüb”.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən Yasin Hüseynzadə saxlanılıb. Hazırda hadisənin istintaqı aparılır. Şəhid Orxan Əsgərov yanvarın 30-u İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Bənzər yazılar

Back to top button