Mədəniyyət

Xalq artisti II Fəxri Xiyabanda dəfn olunacaq

Bu gün 74 yaşında dünyasını dəyişən Xalq artisti Rafael Dadaşov sabah torpağa tapşırılacaq.

Axşam.az-ın məlumatına görə, aktyor II Fəxri Xiyabanda dəfn ediləcək. Onun cənazəsi saat 14:00-da evindən götürüləcək.

Qeyd edək ki, R.Dadaşov uzun sürən xəstəlikdən sonra bu gün günorta saatlarında dünyasını dəyişib. Aktyor dekabrın 2-də ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.

Bənzər yazılar

Back to top button