Cəmiyyət

AYB-dəki ev qalmaqalına Mədəniyyət Nazirliyindən açıqlama

Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 nəfər yaradıcı adama ev verilməsinə münasibət bildirib.

AzToday.az xəbər verir ki, nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu məsələnin Mədəniyyət Nazirliyinə heç bir aidiyyəti yoxdur.

“AYB müstəqil qurumdur və qərarlarını müstəqil şəkildə qəbul edir”, – qurumdan vurğulanıb.

Qeyd edək ki, yerli KİV-də AYB tərəfindən 21 nəfər yaradıcı adama ev verildiyi barədə məlumat gedib. Hadisə yazıçılar arasında narazılığa səbəb olub. Onlar iddia edirlər ki, ev bölgüsü obyektiv həyata keçirilməyib, hətta 1-2 evi olan şəxslərə yenidən evlər verildiyi iddia edilir. Ev alanlar arasıda AYB sədri Anarın sürücüsü, bəzi katiblərin katibələrinin olduğu da bildirilir.

AYB katibi Elçin Hüseynbəyli açıqlamasında deyib ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib.

Bənzər yazılar

Back to top button