GündəmİqtisadiyyatManşet

Bakının ən yoxsul və ən varlı rayonları – Partiya sədri hökuməti ifşa etdi

Bakıda ən yoxsul əhali Qaradağ, Abşeron və Xəzər rayonlarında yaşayır.

AzToday.az xəbər verir ki, bu sözləri ReAL partiyasının sədri İlqar Məmmədov bildirib.

Bakının rayonları arasındakı sosial vəziyyəti müqayisə edən partiya sədri hesab edir ki, hökumət paytaxtın belə tarazlı inkişafını təmin edə bilməyib:

“Ailənin adambaşına gəliri ayda 200 manatdan aşağıdırsa, çatmayan məbləği dövlətdən ünvanlı sosial yardım kimi alır. Ödəniş ailənin 1 üzvünün kartına, amma bütün üzvləri üçün edilir. Hər rayon üzrə nə qədər adama belə müavinətin təyin edildiyi məlumdur. Rayon ərazisində yaşayanların sayını bu rəqəmə böləndə ən yoxsul əhalinin harada yaşadığını görmək olur.

Doğum gününü bu gün qeyd elədiyimiz Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsi yoxsulluq üzrə ikinci yerdə gedən Abşeron rayonu ərazisində yerləşir.

Ən imkanlı və ən imkansız Bakı rayonu arasında 15 qatlıq fərq ağıla sığmazdır. Hökumət nə Bakıdan kənarda inkişafı normal təmin edə bilir, nə də Bakının özündə sosial vəziyyətin tarazlı inkişafını qurmağı bacarır”.

Bənzər yazılar

Back to top button