Siyasət

“Fransa regionda od üstünə benzin tökmək prinsipindən çıxış edir”

“Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasətini apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırdı”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidmətinin İlham Əliyevlə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq arasındakı görüşə dair yaydığı məlumatda deyilir.

“Dövlət başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğuladı”, – məlumatda bildirilir.

Bənzər yazılar

Back to top button