Dünya

Ermənistanda 15 hərbçinin ölümünə görə mayor saxlanıldı

Ermənistanda 15 əsgərin ölümü ilə nəticələnən yanğına görə hərbi hissəsinin kommunal-təsərrüfat xidmətinin və yanğından mühafizə idarəsinin rəisi barəsində cinayət işinin başladılıb.

Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, bu barədə 30 yanvar 2023-cü il tarixdə ibtidai cinayət işinin qanuniliyinə nəzarət edən prokuror qərar qəbul edib.

Bildirilib ki, mayor M.S.-yə Ermənistan Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi (hərbi qulluqçu ehtiyatsızlığı, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) ilə cinayət işi açılıb.

Prokurorluqdan verilən məlumata görə, M.S. bu gün həbs edilib.

Qeyd edək ki, yanvarın 19-da gecə yarısından sonra ER Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Basarkeçər rayonu Azat kəndi 1-ci küçəsində yerləşən bölməsində yanğın hadisəsi baş verib və nəticədə 15 çağırışçı əsgər həlak olub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button