Hadisə

Mübariz Mənsimovdan sərt reaksiya: “Bütün dünya bunu görməli, bilməli və susmamalıdır”

“Palmali” şirkətlər qrpunun preidenti Mübariz Mənsimov Ermənistan silahlı birləşmələri tərəfindən şəhid edilən Zəhra Quliyevanın ölümünə münasibət bildirib.

AzToday.Az xəbər verir ki, Zəhra Quliyevanın qatillərinin cəzasız qalmamasını tələb edən Mənsimov baş verənlərin faşizm və terror olduğunu vurğulayıb. Şirkət rəhbəri bildirib ki, hadisəyə Azərbaycanın problemi kimi baxmamaq lazımdır.

“2 yaşlı körpə erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilib. Bu, faşizmdir və terror hadisəsidir. Mülki xalqın hədəfə götürülməsini qəbul etmək mümkün deyil. Baş verənlər cəzasız qalmamalıdır. Bütün dünya bunu görməli, bilməli və susmamalıdır. Biz hamımız həmrəylik göstərərək bu hadisəyə etirazımızı bildirməliyik.”

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.

Habertürk

Bənzər yazılar

Back to top button