Hadisə

Böyük Britaniya Azərbaycanda minaların təmizlənməsi üçün 500 min funt sterlinq ayırır

Böyük Britaniya hökuməti Azərbaycanda minaların təmizlənməsini dəstəkləmək üçün daha 500 min funt-sterlinq ayırıb, bu barədə ölkənin Azərbaycandakı səfiri Ferqus Old sosial şəbəkələrdə bildirib.

Bu vəsait insanların azad edilmiş ərazilərə qayıtması zamanı minalardan təmizləmə və təhlükəsizlik imkanlarının yaradılmasına yönəldiləcək.

Britaniya hökuməti 2020-ci il müharibəsindən sonra Azərbaycanda minalardan təmizləmə işlərinə artıq 1,5 milyon funt sterlinq ayırıb. Bu vəsaitlər Tərtər, Ağdam, Füzuli və Goranboy rayonlarında istifadə olunub. Eyni zamanda, 3185 mina və partlamamış mərmi müəyyən edilib.

Araşdırmalar göstərib ki, bu ərazilərdəki 187 kənddən 112-si hələ də yaşamaq üçün təhlükəlidir.

Bənzər yazılar

Back to top button