Siyasət

Rusiya Xarici İşlər Nazirliyi: Qarabağdakı Rusiya sülhməramlılarına Birləşmiş Millətlər Təşkilatının mandatı lazım deyil

Dağlıq Qarabağda Rusiya sülhməramlılarına Birləşmiş Millətlər Təşkilatının mandatını verməyə ehtiyac yoxdur. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Pyotr İliçev RİA Novosti-yə bildirib.

“Dağlıq Qarabağ münaqişəsi zonasında sabitliyin saxlanmasının yeganə qarantı Rusiya sülhməramlı kontingenti olaraq qalır. Ona Birləşmiş Millətlər Təşkilatının mandatını verməyə gərək yoxdur, çünki sülhməramlılarımızın fəaliyyəti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli ilk üçtərəfli bəyanatında aydın şəkildə əksini tapıb. Bununla bağlı mübahisə iştirakçıları arasında konsensus müşahidə olunur və bu fakt burada əsas xarakter daşıyır”, – diplomat deyib.

Onun sözlərinə görə, xüsusilə qeyd etmək lazımdır ki, “Rusiya sülhməramlılarının fəaliyyəti həm Bakıda, həm də Yerevanda dəstəklənir ki, bu da ərazinin yekun statusunun qeyri-müəyyənliyi şəraitində mühüm əhəmiyyət kəsb edir”.(Turan)

Bənzər yazılar

Back to top button