Dünya

Avropada koronavirus dalğası: Təkcə İtaliyada 79 ölü

İtaliyada koronavirus (Kovid-19) nəticəsində ölənlərin sayı 79-a çatıb.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı Mülki Müdafiə Baş direktoru Ancelo Borrelli Romadakı gündəlik mətbuat konfransında Kovid-19 ilə bağlı son vəziyyəti bölüşərkən deyib.

Borrelli virusa yoluxanların sayının 2.263-ə, həyatını itirənlərin dünənə nisbətən 27 nəfər artaraq 79-a çatdığını, yoluxandan sonra sağalanların sayının 160 olduğunu bildirib.

Bu arada İtaliyanın Baş naziri Cüzeppe Konte səhər saatlarında Mülki Müdafiə Baş İdarəsində Səhiyyə naziri Roberto Speranza və digər səlahiyyətlilərlə görüşüb.

Bildirilib ki, Konte son vəziyyət və yeni tədbirləri müzakirə etmək üçün axşam parlamentdə qrupları olan siyasi partiya nümayəndələri ilə görüşəcək.

Avropada ölüm hallarının artması davam edir.

Digər tərəfdən, Fransa Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ölkədə daha 13 hadisənin aşkarlanması ilə yeni növ koronavirus daşıyan insanların sayı 204-ə yüksəlib.

Açıqlamada ölkənin şimal-qərbindəki Morbihan bölgəsində 92 yaşlı bir xəstənin ölümüylə Kovid-19 səbəbiylə ölənlərin sayının 4-ə yüksəldiyi bildirilib.

Almaniyadakı Robert Kok İnstitutundan verilən açıqlamaya görə, ölkədə Kovid-19 hadisəsinin sayının 196 olub.

İsveçrədə 26 kantonun 13-ündə virus aşkarlanıb, təsdiqlənmiş halların ümumi sayı 55-ə çatıb. Aargau kantonundakı uşaq bağçasında 44 uşaq və 8 müəllim karantinə alınıb. Ölkədəki futbol matçları da təxirə salınıb.

İspaniyada 4 oyunm tamaşaçısız oynanılacaq

Dünən İspaniyada 114 olan Kovid hadisələrinin sayı bu gün 150-yə yüksəlib, bunlardan 7-nin reanimasiyada olduğu bildirilib.

Hökumət nümayəndələri əlavə tədbirlər tələb edən bir vəziyyət olmadığını, prosesə uyğun hərəkət edəcəklərini açıqlayıblar.

Digər tərəfdən, mart ayında İspaniyada Avropa səviyyəsində keçiriləcək bəzi basketbol və futbol matçlarının tamaşaçısız keçirlməsinə qərar verilib.

Buna görə martın 5-də basketbolda THY Avroliqasında Valensia Basket-Olimpia Milan, 19 martda Girona-Venezia, 10 martda Valensiya-Atalanta UEFA Çempionlar Liqasında və 19 martda UEFA Avropa Liqasında Getafe-İnter oyunları tamaşaçı olmadan oynanılacaq.

Bənzər yazılar

Back to top button