
Daxili İşlər Nazirliyinin məlumatına görə, Bakıda və ölkə regionlarında İranpərəst ünsürlərin saxlanılması üzrə tədbirlər davam edir. Saat 15:30-dək 7 nəfərin saxlanıldığı məlum olub. Onların konkret nədə ittiham olunduğu hələlik açıqlanmır.
* * *
Salamnews.org və Inter.az saytlarının redaksiyalarında yoxlamalar
Çərşənbə axşamı polis Salamnews.org və İnter.az saytlarının redaksiyalarında axtarış aparıb. Bu barədə Turan-a məlumatlı mənbələr bildirib. Axtarışın səbəbi açıqlanmır.
Redaksiyaların və onların əməkdaşlarının telefonları zənglərə cavab vermir, Daxili İşlər Nazirliyi isə faktı şərh etmir.
Həmin saytlar İranpərəst hesab olunurlar. Qeyri-rəsmi məlumatlara görə, onları Rusiyadan olan azərbaycanlılar maliyyələşdirirmiş.