GündəmSiyasət

Paşinyan Putini Laçın dəhlizi ətrafında vəziyyəti yoluna qoymağa çağırıb

Yanvarın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan “Azərbaycanın Laçın dəhlizini qanunsuz blokadaya alması səbəbindən Dağlıq Qarabağda yaranmış humanitar böhranla bağlı Rusiya prezidenti Vladimir Putinə zəng edib və bu böhranın aradan qaldırılması üçün Rusiya Federasiyasının mühüm addımlar atmasının vacibliyini bildirib”. Bu barədə çərşənbə axşamı Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Mənbənin məlumatına görə, Paşinyan Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı fəaliyyəti məsələsini qaldırıb. Tərəflər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əksini tapmış razılaşmaların reallaşmasını müzakirə ediblər, məlumatda deyilir.

Kremlin mətbuat xidməti hələlik bu söhbət barədə məlumat yaymayıb.(Turan)

Bənzər yazılar

Back to top button