Hadisə

Bakıda körpü çöküb? (AÇIQLAMA)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iki küçənin kəşisməsində aparılan təmir işləri barədə daha bir açıqlama yayıb.

Qurumdan verilən məlumata görə, bu gün saat 08:00-dan Bakının Nəsimi rayonunda – Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə, daha dəqiqi “20 Yanvar” dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər təmir işləri icra olunur:

“Sabah saat 17:00-a qədər davam edəcək təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sosial şəbəkələrdə də körpünün guya çökməsi ilə bağlı yayılan görüntülər məhz təmir işlərindəndir. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər”

Bənzər yazılar

Back to top button