Siyasət

Məhkəmə Bəxtiyar Hacıyevi ev dustaqlığına buraxacaqmı?

Fevralın 1-də saat 17:10-da Xətai Rayon Məhkəməsində Bəxtiyar Hacıyevin ev dustaqlığına keçirilməsilə bağlı növbəti vəsatətə baxılması planlaşdırılır. Bu barədə vəkil Aqil Layıc bildirib.

Onun sözlərinə görə, 23 gündür aclıq edən Hacıyevin vəziyyəti kritikdir.

“Bəxtiyarın vəziyyəti kritikdir, onu azad edin…” Vəkil Facebook-da yazıb.

*Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb. Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.(Turan)

Bənzər yazılar

Back to top button