GündəmManşetSiyasət

Fransa prezidenti Qarabağı “mühasirədən” çıxarmaq məqsədilə yeni təşəbbüs irəli sürəcəyini vəd edir

Fransa prezidenti Emmanuel Makron Laçın dəhlizini mühasirədən çıxarmaq məqsədi ilə yeni diplomatik təşəbbüs irəli sürməyi vəd edir.

France 24 telekanalının yaydığı məlumata görə, o, bu barədə Fransa səfirlərinin illik konfransında bildirib.

Makron deyib ki, bu həftə Nikol Paşinyan və İlham Əliyevlə telefon danışıqları aparacaq.

“Biz Laçın humanitar dəhlizinə tam hörmət tələb edəcəyik və bu istiqamətdə təzyiqi artırmaq üçün beynəlxalq səviyyədə diplomatik təşəbbüs irəli sürəcəyik”, deyə Makron bildirib.

Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə öz şərhində Makronun ifadələrini “Ermənistanı müdafiə edən və sülh prosesini pozan birtərəfli ifadələr” adlandırıb.

“Fransa prezidentinin öz leksikonuna “Laçın humanitar dəhlizi” kimi ifadələr daxil etməsi və təzyiq dilində danışması yolverilməzdir. Bu, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir”, deyə şərhdə bildirilir.(Turan)

Bənzər yazılar

Back to top button