İdman

“İstədiyimiz idman formasında deyilik” – Qurban Qurbanov

Misli Premyer Liqasının 20-ci turunda bu gün keçirilən “Qarabağ” – “Şamaxı” (3:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Qol.az xəbər verir ki, mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

– Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Bu gün istədiyimiz idman formasında deyilik. İstərdim ki, topla daha düzgün, tez rəftar etsinlər. Təşkilatlanmış komandaya qarşı oynayırdıq. Komandam diqqətli oynadı. Yalnız qapımızda qol gördüyümüz epizodda diqqətsizlik oldu. “Şamaxı”ya uğur arzulayıram.

– Komandanızı “Gent”lə oyunlara hazır hesab edirsiz?

– Hələ yox. Qarşıda bir neçə oyun var. Həmin matça qədər heyəti tam müəyyənləşdirməyə, fiziki və texniki durumu yaxşılaşdırmağa çalışacağıq. İndi tam hazır deyilik.

– Fevralın 2-nə qədər qapıçı transferini reallaşdırmağa çalışacağınızı demisiniz. Bizdə isə transfer pəncərəsi daha gec bağlanır…

– Fevralın 2-nə qədər sifariş ərizəsini UEFA-ya təqdim etməliyik. Ona kimi transferi yekunlaşdırmağa çalışacağıq.

Bənzər yazılar

Back to top button