İdman

“Real” transfer bombasını partlatdı: “Liverpul”un ulduzu ilə anlaşdı

Ardıcıl 3-cü dəfə Çempionlar Liqasının qalibi olan “Real” ilk transferini tamamlayıb.

Fanat.Az xəbər verir ki, “Kral Klubu” Çempionlar Liqasının finalında məğlub etdiyi “Liverpul”un ulduzu Sadio Mane ilə anlaşıb.

“France Football”un məlumatına görə, hazırda “Real” rəhbərliyi “Liverpul”la danışıqları davam etdirir. Bildirilir ki, Madrid klubunun bu yay ilk transferi məhz Sadio Mane olacaq.

Qeyd edək ki, 26 yaşlı forvard 2016-cı ildə “Sautqempton”dan “Liverpul”a 41,2 milyon avroya transfer olunub. Hazırda “Transfermarkt” ona 70 milyon avro qiymət qoyub. Seneqal millisinin üzvü ötən mövsüm 44 rəsmi oyuna çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button