İdman

Futbolda misli görünməmiş bukmeker fırıldağı – Klublardan xəbərsiz…

Rusiya futbolunda növbəti qalmaqal yaşanır.

Aut.az xəbər verir ki, “Zenit” (Penza) və “Znamya” arasında yoxlama görüşünün saxta olduğu aşkarlanıb. Bu, ikincilərin mətbuat xidmətinin açıqlamasından sonra məlum olub. Noqinsk təmsilçilərinin rəsmiləri belə matçın keçirilmədiyini bəyan edib:

“Biz bu oyunda iştirak etməmişik. Kimsə bizim suvenir mağazamızdan 10 dəst forma alıb. Həmin görüş vaxtı komandamız öz şəhərimizdə məşq edirdi. Maraqlıdır ki, “Zenit” də həmin vaxt Penzada məşqdə olub. Onlarla bu barədə danışmışıq və görüşdə iştirak etməyiblər. Amma maraqlıdır ki, onların mətbuat xidməti qarşılaşmanın hesabını verib. Rusiya Futbol İttifaqına müraciət etmişik. Onlar məsələ ilə məşğul olduqlarını bildirdilər”.

İnformasiyaya inansaq, “Zenit” – “Znamya” qarşılaşmasının birinci hissəsi 0:0, matç isə 4:4 hesabı ilə başa çatıb. Görüşün bir neçə bukmeker kontorunun mərc proqramına daxil edildiyi məlum olub. Həmin oyuna pul qoyuluşları da edilib. İddia olunur ki, bu oyun elə kontorların fırıldağıdır.

Bənzər yazılar

Back to top button