Hadisə

Qida Təhlükəsizliyi Agentliyi cərimələnə bilər – Məhkəmə

Vətəndaşın şikayəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin işinə baxılacaq.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, vətəndaş Ocaqverdiyev İlqar Elman oğlu QTA-nın qərarından şikayət verib.

İşin mahiyyəti ticarət qaydaları əleyhinə olan inzibati xətalardır.

İşə İnzibati Xətalar Məcəlləsinin Ticarət qaydaları əleyhinə olan maddə 447.0.6-ya əsasən baxılır.

Maddənin tələbinə görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

İşə 26 yanvar tarixində Bakı Apelllyasiya Məhkəməsində hakim Anar Tanrıverdiyevin sədrliyi ilə baxılacaq.

Bənzər yazılar

Back to top button