Dünya

Keçmiş məmur Ermənistanın sabiq baş nazirini koronavirusa yoluxdurdu

Ermənistanın keçmiş baş naziri Ovik Abrahamyan koronavirusa yoluxub.

Qaynarinfo erməni mediasına istinadən xəbər verir ki, Abrahamyanı koronavirusa Ermənistanın dövlət gəlirləri komitəsinin keçmiş sədri Gagik Xaçatryan yoluxdurub.

“Hraparak” qəzeti yazır ki, Abrahamyanla Xaçatryanın münasibətləri gərgin olub. “Hər kəs onların münasibələrinin gərgin olduğunu xatırlayır. Hətta bir-birləri ictimai müzakirələrdən çəkinirdilər. Amma indi o qədər sıx əlaqələri var ki, bir-birlərini koronavirusa da yoluxdururlar”, – qəzet qeyd edir.

Bənzər yazılar

Back to top button