İdman

Ronaldu mövsüm ərəfəsində azarkeşlərə mesaj verdi – FOTO

“Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ilk oyunu ərəfəsində sosial şəbəkədə paylaşım edib.

Fanat.az xəbər verir ki, superulduz üzərinə “hazır” yazılmış fotosunu nümayiş etdirməklə azarkeşlərə mesaj göndərib.

MY mövsümün ilk çempionat qarşılaşmasına bu gün çıxacaq. “Qırmızı şeytanlar” öz meydanında “Brayton”la münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Ronaldunun Mançester təmsilçisi ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq. Komandasının məşqlərinə qatılmayan “7 nömrə”nin iş yerini dəyişmək istədiyi və yeni mövsümə ÇL-də mübarizə aparan klubların birində başlamağı planlaşdırdığı barədə müxtəlif məlumatlar yayılmışdı.

Bənzər yazılar

Back to top button