İqtisadiyyat

Yoxa çıxan soğan: Problemin həlli nədir?

“Bazarda soğanla bağlı ajiotaj yaranıb. Hətta Türkiyədə soğanın qiyməti 1 manat 50 qəpikdən bahadır”.

Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı məhsulları üzrə ekspert Vahid Məhərrəmov soğanın qiymətinin kəskin bahalaşmasından danışarkən deyib. Ekspert baş soğanın gömrük rüsumundan azad edilməsinin səbəblərini ölkədə soğan ehtiyyatının az olması ilə izah edib:

“Son vaxtlar soğanın qiyməti iki dəfə qalxıb. Baş soğanın gömrük rüsumundan azad edilməsi də bununla əlaqədardır. Yəni, əvvəllər pərakəndə satış obyektlərində bir kilosu 50-60 qəpiyə satılırdısa, bu gün soğanın bir kilosu 1,40-1,80 manata kimi qalxıb. Ölkədə kifayət qədər soğan ehtiyyatı yoxdur. Soğan ehtiyyatı tükənir”.

Vahid Məhərrəmov bildirir ki, çıxış yolu başqa ölkələrdən soğan almaqdır:

“Soğanın rüsumunu aradan qaldırmaqla belə düşünürlər ki, Rusiyadan, Özbəkstandan idxal etsinlər. Amma Özbəkstan və Orta Asiya ölkələri hamısı soğanın ixracına məhdudiyyət qoyub. Rusiyada da bununla bağlı heç bir məlumat yoxdur. Düşünürəm ki, bu məqsədlə ediblər. Yəni, məqsədləri odur ki, digər ölkələrdən ucuz soğan gətirilsin. Amma bu necə olacaq, onu proqnozlaşdırmaq mümkin deyil”.

Bənzər yazılar

Back to top button