Dünya

Türkiyədə 4-cü dərəcəli həyəcan elan edildi – Video

Türkiyənin Kahramanmaraş vilayətində baş verən 7,4 bal gücündəki zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla 32 afterşok baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Daxili işlər naziri Süleyman Soylu Türkiyədə zəlzələ zonasında 4-cü dərəcəli həyəcan elan edildiyini açıqlayıb:
“Bir çox yerlərdən xəbərlər var. Axtarış-xilasetmə qrupları bölgəyə göndərilib. Bizim ilk işimiz axtarış-xilasetmə ilə məşğul olmaqdır. Komandalar hazır vəziyyətdədir, 4-cü dərəcəli həyəcan elan edilib. Buraya beynəlxalq yardım da daxildir.

Bəzi yerlərdə ciddi tıxaclar var. Vətəndaşların nəqliyyat vasitələrini olduqları yerlərdə hərəkət etdirməmələri vacibdir ki, təcili yardım axtarış-xilasetmə qruplarına yol verə bilək”.

Bənzər yazılar

Back to top button