Dünya

Vyanada dəbdəbəli restoran açan azərbaycanlılar…

Avstriyanın paytaxtı Vyanada “The Tree” adlı dəbdəbəli restoran açılır. Gastronews.wien saytına məlumat verən mənbə bildirib ki, obyekt Azərbaycandan olan biznesmenlərə məxsusdur. Amma məhz kimlərə məxsus olduğu açıqlanmır.

Təmirdə istifadə edilən yüksək keyfiyyətli materiallar, dəbdəbəli işıqlandırma sistemləri və müasir dizayn göstərir ki, söhbət premium-sinif restorandan gedir. Lakin nəşr bildirir ki, bu restoranın sahibinin kim olduğu və ümumiyyətlə, onun kimlərlə bağlı olduğu haqda məlumatlar sirr kimi saxlanılır. Maraqlıdır ki, bu səviyyədə restoran heç bir marketinq və reklam kampaniyası da aparmır, hansı ki, bazar iqtisadiyyatı qanunlarına görə, belə vəziyyət xarakterik deyil. “The Tree” isə nə KİV-lərdə, nə sosial şəbəkələrdə heç bir reklam yerləşdirməyib.

Restoranın Facebook səhifəsi var, amma orada sonuncu qeyd ötən il sentyabrın 28-də yerləşdirilib. O vaxtdan bura sakitlikdir. Təkcə restoranın qapısının üstündə onun tezliklə açılacağı haqda elan yapışdırılıb.

Virtualaz.org

Bənzər yazılar

Back to top button