İdman

“Real” onun üçün hər şeyə hazırdır: Alternativ yoxdur

“Real” bu yay Cude Bellinqemi transfer etmək üçün hər şeyə hazırdır.

Aut.az “Relevo”ya istinadən xəbər verir ki, “Real” yay transfer pəncərəsi üçün əsas hədəfi Bellinqemdir. Yarımmüdafiəçi başqa kluba keçməyə qərar verərsə, alternativ yoxdur.

Vəziyyət ötən yay yaşananlara bənzəyir. Həmin vaxt “kral klubu” yalnız Kilian Mbappeni transfer etmək istəyirdi və digər namizədləri nəzərə almadı. Sonda isə Mbappeni də transfer edə bilmədi.

Bu dəfə klub rəhbərliyi optimistdir və Bellinqemi transfer edə biləcəklərinə inanırlar. Məlumata görə, rəhbərlik bütün mümkün resursları ingilis futbolçunun transferinə sərf edəcək. Və bu yay “Real”a başqa heç bir ulduz gəlməyəcək.

Bənzər yazılar

Back to top button