Dünya

Türkiyədə millət vəkilinin ailəsi dağıntılar altında qalıb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Hatay millət vəkili Hüseyn Yayman 7,4 bal gücündə zəlzələdən sonra ailəsi və yaxınlarının dağıntılar altında qaldığını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə o, “CNN Türk”ə danışıb.

Yayman bildirib ki, iki qardaşı, onların həyat yoldaşları, bacısı, baldızı və baldızının uşaqları dağıntılar altında qalıb.

Qeyd edək ki, Türkiyədə 7,4 bal gücündə baş verən və 10 əyalətdə dağıntılara, tələfata səbəb olan zəlzələ bu gün səhər saatlarında baş verib.

Kahramanmaraşın Pazarcık rayonunda qeydə alınan zəlzələ səbəbindən bir çox vilayətdə dağılmış binalar və dağıntılar altında xilas olunmağı gözləyən insanlar var.

Bənzər yazılar

Back to top button