Digər

Muxtar Babayev Meşələrin İnkişafı Xidmətinin rəisini dəyişdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) kadr dəyişikliyi olub.

AzToday.az “Unikal”a istinadən xəbər verir ki, nazir Muxtar Babayevin əmrinə əsasən Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov vəzifəsindən azad edilib.

Onun yerinə isə Cabbar Qəribov təyin olunub.

Qeyd edək ki, Xalıqverdi Hüseynov mediada adı tez-tez qalmaqallarda hallanan məmurlardan olub.

Onun vəzifədən uzaqlaşdırılmasına səbəb isə təqaüd yaşının çatması göstərilir.

Bənzər yazılar

Back to top button